Həmsədr: "Rusiya prosesdə aparacı rolu öz üzərinə götürüb" MÖVQE

Həmsədr: "Rusiya prosesdə aparacı rolu öz üzərinə götürüb" MÖVQE

"Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün çox tez zamanda baş tutacağına ümid edirik. Biz hazlrda bu istiqamətdə işləyirik". SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda bununla bağlı spesifik tarix yoxdur: "Rusiya indi bu prosesdə aparıcı rolu öz üzərinə götürüb. Əslində bu məni şad edir. Çünki üç dövlət vahid şəkildə fəaliyyət göstərir. Biz bir-birimizə hörmət edirik".

O deyib ki, vaxtilə ABŞ, daha sonra Fransa bu prosesdə aparıcı rol oynayıb. Həmsədr əlavə edib ki, münaqişə 25 ildir davam edir və bu müddət ərzində həll yolu tapılmasa da, diplomatik fəaliyyət göstərilib. Nəticədə isə daha çox zorakılığın qarşısı alınıb: "Minsk qrupunun üç həmsədri və həmsədr ölkələrin hökumətləri diplomatik yardımı davam etdirmək öhdəliyinə sadiq qalacaq və ümid edirik ki, tərəflər siyasi iradə nümayiş etdirməyin vaxtının çatdığını başa düşəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə