"Azərbaycan hasilat sənayesində şəffaflıq təşəbbüsünü dəstəkləməklə yanaşı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) təşəkkül tapmasında və formalaşmasında əsas rola malik olan dövlətdir. Məhz Azərbaycan ilk validasiya prosesini keçib. Ölkəmiz bununla bağlı BMT-nin mükafatını alan dövlətdir. Lakin bir neçə ildir ki, anti-Azərbaycan qüvvələr beynəlxalq təşkilatlarda öz təsir qüvvələrini artırmaqda davam edirlər. Bu qüvvələr çox təəssüf ki, MHŞT-nin tərkibinə yerləşməklə orada Azərbaycan qarşı münasibəti dəyişməyə başladılar". Bunu SİA-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
O bildirib ki, sözügedən qüvvələr təkcə Azərbaycanla bağlı deyil, digər məsələlərə də təsir edə bilirlər: "Onlar ölkəmizə qarşı proseslərə Azərbaycandan olan və ermənilərin yaratdığı şəbəkələrdə təmsil olunan bir sıra jurnalistlər, QHT fəalları, siyasi partiya nümayəndələrini də cəlb edə bildilər. Çexiyadakı din təşkilatı, Norveçin insan hüquqları evi, eyni zamanda Varşavada Helsinki Komitəsi ermənipərəst olsalar da, həmin qurumlara ölkəmizi sevməyən həmvətənlərimizi cəlb edə biliblər. Artıq ötən il Peruda qlobal forumda iştirak edərkən Azərbaycana olan münasibətin tamamilə dəyişdiyini gördüm".
Son dövrlə MHŞT rəhbərliyinin ölkəmizə səfər etdiyini və Azərbaycan Prezidenti tərəfindən yüksək qarşılandığını xatırladan S.Məmmədov söyləyib ki, onların ölkəmizə qarşı islahedici proqramı çərçivəsində əhəmiyyətli işlər görülüb:

"Ümumiyyətlə, son dövrlərdə ölkəmizdə QHT-lər və onlar şəffaf fəaliyyəti ilə bir sıra fərman və sərəncamlar verilib. Amma buna baxmayaraq, ölkəmizi sevməyən qüvvələr bu təşəbbüsün rəhbərliyini ələ keçirərək, vəziyyəti daxildən dəyişdirməyə başladılar. Əvvəl konflikt yaratdılar, daha sonra heç kimdən soruşmadan təşəbbüsə siyasi partiyaların üzvlərinə qəbul etməyə başladılar. Bloger Mehman Hüseynov həbs olunan kimi onu MHTŞ-yə üzv qəbul ediblər. Bununla da məlum oldu ki, onların ölkəmizə qarşı irəli sürdüyü ittihamlar əsas məsələ deyil, bəhanədir. Belə ki, Boqota şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclası öncəsi həmvətənlərimizin əli ilə Azərbaycanla bağlı hesabat hazırlanıb. Orada bir dənə də olsa müsbət heç nə yazılmayıb. Belə olan halda, təşəbbüsdən müsbət heç nə gözləmək olmazdı".
Təşkilat sədrinin sözlərinə görə, Boqotada keçirilən iclasda ən dəhşətli məqam bəzi "həmvətənlərimizin" Ermənistan təşəbbüsə üzvlüyünə səs, ölkəmizin isə oradan uzaqlaşdırılması üçün əlindən gələni etməsi idi: "Bu baxımdan Azərbaycan dövlətinin təşəbbüsü tərk etməsini düzgün hesab edirəm. Onsuz da 2 aydan sonra ölkəmizi oradan çıxaracaqdılar. Bununla bağlı işlərə başlamışdılar. Təbii ki, bu məsələ Azərbaycan cəmiyyətinə pis təsir edəcək. Lakin Azərbaycanda olan "vətəndaş cəmiyyətinə" bu vəziyyət sərf edir. Azərbaycana ildə təxminən 25-30 milyon dollar civarında gizli yollarla qrantlar daxil olur. Onların xeyli hissəsi Gürcüstan üzərindən daxil olur. Azərbaycanda elə QHT-lər var ki, onların Gürcüstanda gizli ofisləri var. Hətta Avropada mühacir olanların belə Gürcüstanda ofisləri və hesabları var. Bu baxımdan Azərbaycanın pis qələmə verilməsi onların xeyrinədir. Azərbaycanda vəziyyətin yaxşı olması onların pullarının dayandırılmasına səbəb ola bilər. MHŞT-da belə qüvvələrin təsir altına düşdüyü üçün bu təşkilatda qalmağın mənası yoxdur. Azərbaycan hökuməti düzgün qərar verdi. Lakin təəssüf ki, MHTŞ-nın yaradılmasında birbaşa iştirak edən ölkəmiz bu qurumu tərk etmək məcburiyyətində qaldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB