"Ümumiyyətlə, ATƏT-in Minsk qrupu 25 ildən də artıq bir müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməkdən daha çox münaqişənin dondurulması ilə məşğul olub. Təəssüf ki, bu gün də həmin proses davam edir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
.jpg)
Onun sözlərinə görə, həmsədr dövlətlər tez-tez öz nümayəndələrini dəyişirlər: "Bir müddət həmin nümayəndələr guya bu məsələləri öyrənir və vaxt uzanır. Sonradan isə onlar bu işi mənimsəyən kimi yenidən dəyişdirilir. Əslində ABŞ-la Rusiyanı Qarabağ məsələsində ortaq məxrəcə gələ bilmədiyinə görə bu məsələ həll olunmayıb və bundan sonra da həll olunacağına inanmıram. Çünki əvvəlcə ABŞ elan etdi ki, Rusiyanın bu işdə böyük rolu var. Amma bir neçə gün sonra da Rusiya elan etdi ki, ABŞ-sız Qarabağ məsələsini həll etmək olmaz. Lakin digər tərəfdən də deyirlər ki, bu sülh yolu ilə həll olunmalıdır. Əgər bu sülh yolu ilə 25 ildir həll oluna bilmirsə, yəni bunun üçün hansısa model müəyyənləşdirilə bilmirlərsə, sonra nə olacaq? Artıq Madrid, Kazan, "Lavrov", "Neyton" və s. prinsiplər var. Onlar bu günə kimi hər cür prinsiplər gündəmə gətiriblər. Amma ortalıqda bir şey yoxdur. Ona görə də bu da həmsədrlərin regiona növbəti bir səfəri olacaq. Hətta Azərbaycan Prezidenti İlham Əliyev də həmsədrlərlə görüşdə bəyan etdi ki, Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqı tərəfindən bəyənilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB