Tramp: “Bu işi görməyin vaxtıdır” FƏLƏSTİN-İSRAİL

Tramp: “Bu işi görməyin vaxtıdır” FƏLƏSTİN-İSRAİL

"Artıq Fələstin-İsrail münaqişəsi istiqamətində razılıq əldə etməyin zamanı çatıb". SİA ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Donald Tramp Fələstininin prezidenti Mahmud Abbasla apardığı telefon danışığında deyib.

"Prezident şəxsən ümid etdiyini deyərək bildirib ki, sülhə nail olmaq mümkündür və bu işi görməyin vaxtıdır"-deyə Ağ evin press-relizində qeyd olunub

Tramp əlavə edib ki, tərəflər arasında danışıqlar birbaşa aparılmalıdır və ABŞ həm istənilən nəticəni almaq, həm də hədəfə çatmaq üçün fələstinli və israilli rəhbərliklərlə sıx əməkdaşlıq edəcək.

Telefon danışığı əsnasında Amerika prezidenti Mahmud Abbası ABŞ-a rəsmi səfərə dəvət edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə