Bu il Azərbaycanla Rusiya arasında bir sıra rəsmi səfərlər həyata keçiriləcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla görüşdə deyib.
O bildirib ki, Rusiyanın baş naziri səviyyəsində Bakıya səfər gözlənilir: "Prezident İlham Əliyevin isə Moskvaya səfəri gözlənilir. Bu məsələ xarici işlər naziri Sergey Lavrovla müzakirə olunub. Biz səfərin tarixi barədə danışdıq və ən yaxın gələcəkdə, prezidentlərin iş qrafikinə uyğun olaraq səfər həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB