“Şimali Koreyanın raket buraxması təhlükəli tendensiyadır” XİN rəhbəri
Şimali Koreyanın raket buraxması təhlükəli tendensiyadır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, onların raket texnologiyasını inkişaf etdirmələri regionda yeni gərginlik yarada bilər.
XİN rəhbəri əlavə edib ki, bu, Cənubi Koreya və Yaponiyanı hiddətlənməyə məcbur edir: "BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreyanın raket sınaqlarını pisləyən növbəti qətnamə qəbul edilə bilər, amma daha qəti tədbirlərin görülməsinə ehtiyac var. İstənilən halda sanksiyalar Pxenyana təsir etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB