Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. SİA-nın verdiyi məlumata görə, növbəti yığıncaq rayon təşkilatının Suvarma Sistemləri idarəsi ərazi ilk partiya təşkilatında keçirilib.
Tədbirdə çıxış edən Suvarma Sistemləri idarəsi ərazi ilk partiya təşkilatının sədri son illərdə görülmüş işlər, partiya sıralarına qəbul, rayonun ictimai-siyasi həyatında və ötən müddət ərzində keçirilən bütün siyasi kampaniyalarda partiya üzvlərinin fəal iştirakı haqqında ətraflı məlumat verib.
Hesabat seçki yığıncağında çıxış edən Şura üzvü Etibar Hacıyev və partiya fəalları ərazi ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat yığıncağında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP-ın ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib. Çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğulayan Pərvin Mahmudova bu uğurlarda üzvlərinin sayı 700 minə çatan YAP-ın mühüm rol oynadığını da bildirib.
Tədbirdə ərazi ilk partiya təşkilatının sədri, sədr müavini, idarə heyətinin üzvləri və YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup üzvlərə partiya vəsiqələri təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB