Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumda iştirak etmək məqsədilə Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, Mladen İvaniçin Forum çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçiriləcək müzakirələrdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. İclasda Bosniya və Hersoqovinadan başqa, 6 ölkənin – Latviyanın, Makedoniyanın, Albaniyanın, Monteneqronun və Gürcüstanın dövlət başçıları iştirak edəcəklər.
V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə Forumun işində 50 ölkədən 200-dən çox qonağın, o cümlədən nüfuzlu ictimai-siyasi xadimlərin, elm adamlarının və ekspertlərin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB