Rostropoviçlər ailəsinin Polşa izləri

Rostropoviçlər ailəsinin Polşa izləri

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Rostropoviçlər sülaləsinin bu ölkədə yaşadığı Tereşin qminasına səfər edib və qmina rəhbəri Marek Olexovski ilə görüşüb. SİA-ya ölkəmizin Polşadakı səfirliyinən verilən məlumata görə, görüş zamanı əvvəlcə diplomat M. Olexovskini Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı ilə tanış edib. H.Həsənov bildirib ki, ölkə başçısı tərəfindən göstərilən bu diqqət Rostropoviçin müstəsna bir şəxsiyyət olmasının göstəricisiir. Mstislav Rostropoviçin həyat və yaradıcılığı, Azərbaycan musiqisinin inkişafına verdiyi misilsiz töhfələr və müstəsna xidmətlərindən danışan səfir birgə yubiley tədbirlərinin Polşada, Rostropoviçlər sülaləsinin doğma şəhəri Tereşində keçirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Təklif qmina rəhbərliyi tərəfindən müsbət qarşılanıb və bu istiqamətdə birgə fəaliyyət göstəriləcəyi və müvafiq tədbirlərin təşkil ediləcəyi bildirilib.

Qeyd edək ki, Tereşin qminasında olduğu müddətdə səfir şəhər sakinləri qarşısında çıxış edərək Azərbaycanın tarixi, müasir dövrü, Azərbaycan-Polşa əlaqələri haqqında iştirakçılara geniş məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə