İtaliya Azərbaycana yeni səfir təyin edib

İtaliya Azərbaycana yeni səfir təyin edib

İtaliya Nazirlər Şurası Auqusto Massarini Azərbaycana səfir təyin edib. SİA İtaliya mətbuatına istinadən xəbər verir ki, A.Massarini karyeralı diplomatdır və 1988-ci ildən İtaliya XİN-də çalışır. O, indiyə kimi bir sıra ölkələrdə diplomatik fəaliyyət göstərib. Azərbaycana təyinat alana kimi isə ölkəsinin Pekindəki səfirliyində çalışıb.

Qeyd edək ki, yeni səfir bu vəzifədə Ciampaolo Kutillonu əvəzləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə