Bahar Muradova: "Məlumatların düzgün çatdırılmasında müəyyən problemlər var"
"Azərbaycan dövləti mətbuatın rolunu yüksək qiymətləndirir. Bu prosesdə öz yerini tutmağa çalışan mətbuat nümayəndələrinin işi yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə KİV nümayəndələri ilə keçirilən görüşdə çıxışı zamanı deyib.
Azərbaycanda qısa müddətdə çox böyük uğurların əldə olunduğunu dilə gətirən B. Muradova qeyd edib ki, bu uğurların əksəriyyəti mətbuatla bağlıdır: "Bütün hakimiyyət qanadlarında aparılan işdə mətbuatın böyük rolu var. Mətbuat üzərinə düşən işi yerinə yetirir. Hakimiyyətin vacib orqanlarından olan parlamentin işinin işıqlandırılması, parlament- media münasibətlərinin formalaşmasında çox şərəfli yol keçmişik. Ulu Öndər mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkşafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırki mərhələyə gəlib çıxıb. Həm millət vəkilləri, həm də jurnalistlər xalqın adından danışır, onların hüquqlarnı müdafiə edir. Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qürur hissi ilə danışa bilərik".
Milli Məclisin sədr müavini vurğulayıb ki, parlament də mətbuatın işinə böyük önəm verir: "Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru, düzgün çatdırılmasında müəyyən problemlər var. Bugünkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB