Millət vəkili: “Lapşinin Azərbaycana ekstradisiyası ciddi bir mesaj oldu” AÇIQLAMA

Millət vəkili: “Lapşinin Azərbaycana ekstradisiyası ciddi bir mesaj oldu” AÇIQLAMA

"Aleksandr Lapşinin Azərbaycana qaytarılması Azərbaycan dövlətinin, şəxsən Prezdent İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Həm də bu, Belarusiya-Azərbaycan arsasındakı möhkəm dostluq münasibətlərinə söykənir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Lapşinin Azərbaycana qaytarılması Azərbaycan diplomatiyasının qələbəsidir: "İrəvanda da artıq Ermənistanın Azərbaycan diplomatiyasına uduzduğunu etiraf etməyə başlayıblar. Lapşinin Azərbaycana ekstradisiyası və məhz Azərbaycan qanunlarına uyğun mühakimə olunması həm də Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni səfərlər edən şəxslərə də ciddi bir mesaj oldu. Çünki, bundan sonra kim Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan ölkəmizin ərazisinə daxil olarsa onları da Lapşinin taleyi gözləyir. Mübariz İbrahimovun, Çingiz Qurbanovun nəşlərinin Azərbaycana qaytarılması, indi də Azərbaycan qanunlarını pozduğuna görə Aleksandr Lapşinin ölkəmizə ekstradisiyasının təmin edilməsi Azərbaycan dövlətinin gücünün göstəricisi hesab edirəm".

Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə