"Donald Trampın prezident administrasiyası mətbuat-katibi Şon Spayserə yardımçı axtarmağa başlayıb". SİA xəbər verir ki, bu barədə qeyd edən CNN telekanalının bildirdiyinə görə, Tramp Spayserin işindən məmnun deyil. Administrasiyadakı mənbələrdən biri bununla bağlı telekanala deyib ki, prezidentlik dövrünün ilk həftələrində Tramp administrasiyası eksperiment keçirib. "Spayser iki nəfərin işini görür – mətbuat katibi və kommunikasiya üzrə köməkçi"-deyə qeyd edən mənbənin sözlərinə görə, əvvəlcə kommunikasiya üzrə köməkçi vəzifəsinə Ceyson Milleri təyin etmək istəyiblər. SİTAT: "O, Trampın keçid administrasiyasının rəsmi nümayəndəsi idi. Ancaq bu ideya özünü doğrultmadı, çünki Miller vaxtını daha çox ailəsi ilə keçirmək istədiyinə görə, istefa verdi".
Digər mənbə isə adıçəkilən telekanala deyib ki, Tramp kadr seçiminə görə bütün günahları Ağ E vin aparat rəhbəri Rayns Pribusun üzərinə yıxdı: "Guya mətbuat-katibi postuna prezidentin hazırkı müşaviri Kellienn Konuey namizəd kimi irəli sürülmüşdü. Rayns Pribus isə boşluğa yol verərək, vəziyyətin dəyişməsinə səbəb olub".
Spaysenir özü isə CNN telekanalı vasitəsilə gedən informasiya haqqında fikir bildirməkdən imtina edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB