Müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

Müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb. SİA-ya səfirlikdən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər, əməkdaşlığın genişlənməsində hər iki ölkə səfirliklərinin oynadığı rol və müxtəlif sahələrdə əlaqələrdən danışılıb. Tərəflər müdafiə sənayesi sahəsində mümkün təcrübə mübadiləsi, həmçinin, Meksika və Azərbaycanın təşkil etdiyi müvafiq beynəlxalq sərgilərdə iştirakdan söz açıb.

Səfir Labardini hazırda dünyada iqtisadiyyatına görə 14-cü yerdə olan Meksikada elektron sənayesinin inkişafını qeyd edib.

Görüşün sonunda tərəflər əməkdaşlığın qurulması və inkişaf etməsində maraqlı olduqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə