Argentinalı erməni Sarkisyan vasitəsilə Ermənistan oliqarxlarını “vurur” KAZİNO BİZNESİ
"Argentinanın erməni əsilli iş adamı, İrəvanın "Zvartnots" hava limanının səhmdarlarından biri olan Eduardo Ernekyan hava limanı yaxınlığında içində kazino fəaliyyəti də olacaq nəhəng əyləncə mərkəzi tikmək qərarına gəlib". SİA xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəəzeti yazır. Erməni nəşrinin yazdığına görə, hazırkı məqamda İrəvanın ətrafında fəaliyyət göstərən yeganə kazino siyasətçi, "Çiçəklənən Ermənistan" partiyasından parlament seçkilərinə namizədliyini irəli sürəcək Qagik Tsarukyana məxsusdur. Belə ki, "Firon" adlı kazino demək olar ki, bütün Ermənistanın mərc oyunları biznesini və bazarını ələ alaraq təmin edir.
"Lakin "Zvartonts" hava limanı yaxınlığında tikilən kazinonun "Firon" kazinosunu möhkəm "vuracağı" da istisna olunmur"-yazan "Aykakan Jamanak"ın qeyd etdiyinə görə, təcrübə göstərir ki, Argentinanın erməni əsilli iş adamı Ernekyan hər hansı bir biznes qurmağa başlayarkən, ən yüksək standarlardan istifadə edərək, istənilən rəqiblərini geridə qoyur: "Tsarukyanın isə Ernekyanla rəqabət aparması çox çətin görünə bilər".
Erməni nəşri argentinalı iş adamının bu işdə məhz Serj Sarkisyandan bilavasitə razılıq alması, hətta bunun üçün prezidentə külli miqdarda maliyyə vəsaiti ödəməsi barədə də qeydlər edib.
Xatırladaq ki, Tsarukyanın təmsil olunduğu siyasi çevrə vaxtilə Serj Sarkisyanın "Respublika" partiyasına yaxınlığı ilə seçilsə də, hazırda tərəflər arasında kəskin fikir ayrılıqları yaşanmağa başlayıb. Bu baxımdan, Sarkisyanın sözügedən layihəyə icazə verməsi həm də onun qarşı tərəfdən qisas alması kimi də qiymətləndirilə bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB