Hesabat seçki konfransları davam edir

Hesabat seçki konfransları davam edir

YAP Tərtər Rayon Təşkilatının IX konfransına hazırlıq davam etdirilir. 03 fevral 2017-ci il tarixdə YAP Tərtər Rayon Təşkilatı Sarov ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

Sarov ərazi ilk partiya təşkilatının sədri İnqilab Hətəmov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etdi.

Hesabat məruzəsində qeyd olundu ki, Sarov ərazi ilk partiya təşkilatı özündə 94 nəfər YAP üzvünü birləşdirir. Partiya üzvlərinin 52 faizini qadınlar, 41 faizini isə gənclər təşkil edir. Ötən dövrdə 16 nəfər YAP üzvlüyünə qəbul olunmuşdur ki, onların da əksəriyyətini gənclər olmuşdur. Ərazi ilk partiya təşkilatı hesabat dövrü ərzində əsas diqqəti ideoloji sahəyə, ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasətin əhali arasında izahı və təbliğatına yönəltmiş, kənd əhalisinin kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində atılan və atılacaq addımlara sövq edəcək tədbirlərin həyata keçirilməsinə yönəltmişdir.

İclasda Sarov ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Zərifə Şirinova, Svetlana Hüseynova, Yusif Paşayev və Mənsim Allahverdiyev də çıxış edərək Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarından olan kənd ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirərək təşkilat sədrinin hesabatının nəzərə alınmasını təklif etdilər.

Hesabat yığıncağında iştirak edən YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov çıxış edib, Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməsindən, partiyamızın bu gün də Ulu öndər Heydər Əliyev ideyaları ilə silahlandığını, bütün fəaliyyətini Azərbaycan dövlətinin qüdrətlənməsi və Azərbaycan xalqının maddi rifah halının daha da yaxşılaşdırılması istiqamətində ölkəmizin Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin dönmədən və ardıcıllıqla həyata keçirilməsinə YAP üzvlərinin səfərbər etdiyini vurğuladı.

Hesabat-seçki yığıncağında Sarov ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət İdarə heyəti, sədr və müavinləri, rayon təşkilatının IX konfransına nümayəndələr seçildi.

BİLƏSUVAR

Biləsuvar rayonunun "Məişət ASC"-də YAP Biləsuvar rayon təşkilatı 23 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilmişdir.İclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə 23 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Firəngiz Həbibova hesabat məruzəsi ilə çıxış etdi.Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verdi.Təşkilatın sədri məruzəsində ərazi ilk partiya təşkilatının keçən konfransdan bəri görülən işlərdən danışaraq qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının respublika əhalisi arasında böyük nüfuzu vardır.Natiq qeyd etdi ki,Yeni Azərbaycan Partiyası Beynəlxalq aləmdə ən nüfuzlu siyasi partiyadır.Ərazi ilk partiya təşkilatı ötən seçki hesabat yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən gənclərin bu partiyaya üzv olması üçün təbliğatı işi genişləndirmişdir. Təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 35 faizini gənclər, 50 faizini qadınlar təşkil edir. Natiq daha sonra əmin etdi ki, ərazi ilk partiya təşkilatı öz işini bundan sonra da qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirəcəkdir.

Hesabat seçki yığıncağında çıxış edən partiya fəallarından Esmira İsgəndərova, Rəşidə Qardaşova, Kəsirə Cavadova və başqaları çıxış edərək ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Hesabat seçki yığıncağında Həbobova Firəngiz Mahmud qızı yenidən ərazi ilk partiya təşkilatına sədr seçildi.Eyni zamanda təşkilatın sədr, müavin və İdarə heyətinin üzvləri seçilmişdir. Həmçinin yığıcağda YAP Biləsuvar rayon təşkilatının IX Konfransına 2 nəfər nümayəndə seçilmişdir.

XAÇMAZ

YAP Xaçmaz rayon təşkilatı Təhsil şöbəsi Ərazi İlk Partiya təşkilatında hesabat seçki yığıncağı keçirmişdir. Yığıncağı giriş sözü ilə Ərazi İlk Pratiya təşkilatının sədri Məhərrəm Abasov açaraq yığıncağın gündəliyini elan etmişdir. Ilk təşkilatın hesabatı ilə Məhərrəm Abasov geniş məzurə ilə çıxış edərək partiyanın yaranma tarixindən ilk təşkilatın fəaliyyətində görülən işlərdən və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Yığıncaqda Təhsil Şöbəsinin müdiri YAP Xaçmaz rayon təşkilatının İdarə Heyətinin üzvü Mədinə Nurməmmədova, İmran Museyibov, Azad Bədəlov və başqaları cıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi həyat yolundan, ölkəmizin həyatındakı fəaliyyətindən, YAP Xaçmaz rayon təşkilatı ilə Rayon Təhsil Şöbəsinin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətindən, Heydər Əliyev irsinin öyrənilməsində birgə fəalliyyətlərindən, Möhtərəm Prezdentimizin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan, yeni-yeni məktəblərin tikintisindən və digər məsələlərdən danışmışlar.

Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Xaçmaz rayon təşkilatının sədr müavini Yetkin Mehmanov çıxış edərək partiyanın yarandığı dövrdən hal hazırki dövrə qədər keçdiyi yola nəzər salaraq Ulu öndərin ölkəmizin və partiyanın inkişafındakı xidmətlərindən və Möhtərəm Prezdentimiz və Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin ölkəmizin inkişafındakı xüsusi xidmətlərindən ölkəmizin Beynəlxalq nüfuzunun gündən-günə artmasından və digər məsələlərdən danışmışdır.

Sonda təşkilatı məsələyə baxılaraq Məhərrəm Abasov yenidən təşkilatın sədri seçilmişdir. Rayon konfransına nümayəndələr seçilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə