Bir neçə gündür ki, Suriya Prezidenti Bəşər Əsədin iflic olması barədə yayılan xəbərlər ətrafında daha bir məlumat dünya informasiya agentlikləri sırasında yer alıb. SİA xəbər verir ki, hələ dörd gün öncə, bir sıra ciddi xəbər agentlikləri Əsədin səhhətinin pisləşidiyini bildirərək, onun Dəməşqdəki Meşfe əl Şam xəstəxanasına yerləşdirilməsini yazırdılar. Xüsusilə, prezidentə yaxın "Əl Həyat" qəzeti Əsədin yüksək təzyiqinin olduğunu, bu səbəbdən görmə qabiliyyətini demək olar ki, itirdiyini yazsa da, onun ardınca,"Əl-Cəzirə" telekanalının jurnalisti Faysal Qasım Bəşər Əsədin komaya düşdüyünü və ya klinik ölüm keçirdiyini iddia edib.
Lakin Əsəd hakimiyyətininmüvafiq dövlət qurumları və administrasiya həmihn məlumatların həqiqəti əks etdirmədiyini bəyan edirlər.
Maraqlıdır ki, Türkiyə mediası informasiya ətrafında ciddi araşdırmalara başlayıb. Məsələn, "Star" və "Yeni Şəfəq", eləcə də "Sabah", "Hurriyyet", "Takvim", "Posta", "Akşam" kimi yazılı orqanlarda müxtəlif səpkili informasiyalar yer alır. Düzdür, onlar Əsədin ölümünü təsdiq etməsələr də, bəzi iddialar içində Suriya prezidentinin administrasiya içindən olan və dövlət başçısına yaxın olan şəxs tərəfindən zəhərləndirilməsi qeyd edlir. Bu barədə əsasən ərəb mətbuatına istinadlar var. Lakin bu məlumatın da dəqiq olub-olmaması hələlik tam şəkildə açıqlanmayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB