Azərbaycanın Misirdəki səfirliyində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-ya səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan diasporu və Qahirə, Ayn Şəms və Əl-Əzhər universitetlərində təhsil alan tələbələrimiz iştirak ediblər.
Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təbdir zamanı qanlı 20 yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilərək, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 yanvar faciəsinə aparan yol haqqında bəhs edilib, keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə Sovet qoşunları tərəfindən 1990-cı ilin 20 yanvar tarixində Bakıda törədilmiş qanlı hadisələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat verilib. 20 yanvar hadisələrində Sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılğın "kütləvi cəzalandırma" kimi qiymətləndirildiyi xüsusilə qeyd edilib.
Daha sonra səfir Tural Rzayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, 20 yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib, Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb, 20 yanvar əməliyyatı nəticəsində 147 insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı barədə məlumat verib.
Həmçinin, səfirlikdə 20 yanvarla bağlı kitab və foto sərgilər təşkil edilib.
20 yanvar faciəsi ilə bağlı məqalələr, xəbərlər, analitik yazılar Misirin kütləvi informasiya vasitələrində dərc edilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB