Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard 20 yanvar ümumxalq matəm günü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. SİA bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir. M.Mard bildirib: "1990-cı ilin Qara Yanvar hadisələri qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Faciəvi hadisələr daha yaxşı bir gələcək naminə sülh, ədalət, barışıq və insanlığa ehtiyacın olmasını vurğulayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB