Azərbaycan xalqı qorxmaz, mətin və iradəli xalq kimi bütün dünyaya öz şəhidləri və igidləri ilə tanındı MÖVQE
"Xalqımız 20 yanvar hadisələrinin ildönümünü qeyd edir.Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 yanvar şəhidləri tək Azərbaycanın deyil həmdə islam aləminin şəhidləri kimi tanınmalıdır". Bu fikirləri SİA-ya İçərişəhər Cümə məscidi dini icmasının rəhbəri, İlahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli 20 yanvar faciəsi ilə bağlı fikirlərini bölüşərkən deyib.
Surxay Məmmədlinin sözlərinə görə, o faciədə canlarını Vətənin bütövlüyü, müstəqilliyi uğrunda qurban verib şəhidlik dərəcəsinə çatanlar müsəlman və İslam tarixinin ən böyük faciəsi olan Kərbəla faciəsinin sultanı imam Hüseyn (ə)ın məktəbindən dərs almış qəhrəmanlar idilər: "Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 20 yanvar faciəsindən düz 27 il keçir. Bu dönəm ərzində bütün sahələr üzrə inkişaf edən ölkəmiz və Azərbaycan xalqı milli və mənəvi dəyərlərinə sadiq olaraq öz şəhidlərinə borclu olmalı və şəhidlərimizi hörmət və ehtiramla anmalıdırlar".
"Hər bir millətin tarixində həm faciəvi məqamlar həmdə qəhrəmanlıq səhifələri olub"-deyə qeyd edən ilahiyyatçı alim həmçinin vurğulayıb ki, çox nadir hallarda bu iki məqam üst üstə düşür: "20 yanvar gecəsi Azərbaycan tarixinə qızıl hərflərlə qəhrəmalıq salnaməsi yazıldı. Bəzən insanlar şəhidlikdən qorxurlar. Şəhadətpərəstlik cəmiyyətdə olarsa cəmiyyət gözəlləşər. Şəhadətə getmək müharibəyə yol açmır, əksinə əminamanlıq yaradır. Azərbaycan xalqı qorxmaz, mətin və iradəli xalq kimi bütün dünyaya öz şəhidləri və igidləri ilə tanındı. Ümid edirəmki şəhidlərimizdən qəhrəmanlıq dərsi alan Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edildiyi vaxt bir daha öz qəhrəmanlığını göstərərək birdaha azad və sağlam cəmiyyətkimi tanınacaq. Mən də İçərişəhər "Cümə" məscidi dini icması adından Azərbaycan xalqına şəhid ailələrinə və dünya müsəlmanlarına 20 yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq başsağlığı deyir, və bütün şəhidlərimizə Allahdan rəhmət ailələrinə səbr diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB