"Lapşinin Azərbaycana ekstradisiyası milli prosedurlar çərçivəsində həll edilməlidir" MÖVQE
"Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, ölkənin ərazi bütövlüyünü pozmuş, bundan sonra başqa bir pasportla yenidən Azərbaycana səfər edərək ölkənin dövlət sərhədlərini pozmuş Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası milli prosedurlar çərçivəsində həll edilməlidir. Azərbaycanın qoşulduğu müxtəlif müqavilələr var və ölkəmiz onların şərtlərinə uyğun olaraq, bu tələbi irəli sürüb. Qarşı tərəf də bunu dəyərləndirməlidir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini deyib.
Başqa ölkələrdən və dairələrdən səslənən fikirlərin yalnız onların şəxsi fikirlərin olduğunu dilə gətirən B. Muradova qeyd edib ki, burada selektiv yanaşmanın olduğu görünür ki, bu da hüquqla bir araya sığmayan məsələdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB