Mərkəz sədri: “Human Rights Watch” qərəzliliyi ilə seçilir” AÇIQLAMA
"Human Rights Watch" və eyni mövqeni nümayiş etdirən bəzi Qərb və Avropa təşkilatlarının bəyanatlarında qərəz həmişə özünü aydınlığı ilə göstərib. "Human Rights Watch"un 2000-ci ildən bu günü qədər hər il yaydığı bəyanat 2016-cı ildə yazdığının tam eynidir. Onlar bu yanaşmalarını ölkədə insan haqqlarının qorunması sahəsində dəyişilməzliklə əsaslandırmaq istəsələr, böyük yanlışlığa yol verərlər". Bunu SİA-ya Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, bütün dünya, məhz "Human Rights Watch"un maliyyələşdiyi üst qurum olan Avropa və Qərb təşkilatları hesabatlarında dəfələrlə bəyan ediblər, Azərbaycanda bütün sahələrdə irəliləyiş var, hətta elə sahələr var ki, nümunə kimi təbiq olunmalıdır: "Belə də necə olur, haqqında danışdığımız təşkilatın məlum bəyanatı ifrat dərəcədə təkrarlarla doludur?!
Əlbəttə həbs olunanlar da var, polisə çağırılanlar da, ardından əfvə düşənlər, amnistiya qazananlar da. Bütün bu proses hüquq müstəvisində həllini tapıb, məhkəmələrin hökmü ilə həyata keçirilib. Qanunun aliliyi prinsipini hansısa məhkəmə pozubsa, yaxud pozmaqda davam edirsə, o qurumda islahatların aparılması daha düzgün yanaşma olmazmı? Yaxud məhkəmə sistemində bu qədər islahatlar aparıldığını, vəzifəsindən sui-istifadə edən hakimlərin, məhkəmə sədrlərinin, polis rəislərinin qanunla cəzalandırıldığını özündə əks etdirən yüzlərlə faktlar var. Bəlkə özünü araşdırmaçı təşkilat kimi təqdim edən "Human Rights Watch" Azərbaycanın bütün sahələrində aparılan islahatları bir bəyanata toplamağa da səy göstərsin? Məgər QHT xarakterli təşkilat deyil? Məgər QHT-fəlsəfəsinə yaxşını təbliğ etmək kimi, layihələr həyata keçirməsi ziddir? Bütün dünya bilir ki, Azərbaycan hökuməti təkliflərə tam açıqdır. "Human Rights Watch" nə vaxt əməkdaşlarını Azərbaycana göndərib, cəmiyyətin durumu barədə yerində araşdırmaq aparmaq istədi, ona imkan və şərait yaratmadılar. Onların hazırladıqları bütün bəyanatlar birtərəfli, qərəzli və qeyri-obyektiv olur ona görə ki, informasiyalar bir mənbədən gəlir, o mənbə də bir başa hakimiyyətə müxalifət olan qüvvələr tərəfindən verilir. Həmin qüvvələr təbii ki, ölkədə aparılan uğurlu islahatları görməzdən gələcəklər. Çünki məqsədləri ölkənin inkişafına xidmət etmək deyil, hakimiyyətə gəlməkdir.
Biz jurnalistik, dilimizdə mötəbər mənbə sözü var. Niyə eləcə "mənbə" demirik? Axı informasiya veririk, gərək dəqiq olsun. Mənbə, mötəbər mənbədən daha dəqiq informasiya verə bilməz. Mötəbər mənbə deyəndə, informasiyanın ilk bazası nəzərdə tutulur. İlk baza hökumətdir. Hökümətin ictimai vəziyyətə nəzarət edən qurumları var. Bu qurumlar cəmiyyətdə inkişafa nail olmağın yolunu yüz "Human Rights Watch"dan, 50 ABŞ Departamentindən, 30 Avropa Şurasından qat-qat dəqiq bilirlər və qat-qat dəqiq həyata keçirirlər.
Bir təklifim də var: "Human Rights Watch" təşkilatının üzvlərini Bakıya dəvət edək və bütün suallarına yerindəcə şəffaf şəkildə cavab alsınlar. Sonra 2017-nin sonunu gözləyək görək, bəyanatlarını necə hazırlayacaqılar.
Bir qeydim də var. "Human Rights Watch" QHT olaraq, bu günə qədər layihələrinə maliyyə ayıran donorların adlarını Vikipediya səhifəsində yerləşdirsin. Yəni şəffaf olsunlar. Onda gecə ilə gündüz tam ayırd edilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB