Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Zemfira Quliyeva bu ölkənin Xarici İşlər Nazirliyinin Fəxri medalı ilə təltif edilib. SİA-nın məlumatına görə, səfirlikdə təşkil edilən tədbirdə səfir Aureliya Buşez Z.Quliyevanın 25 il ərzində səfirlikdə çalışdığını vurğulayıb. Diplomat bildirib ki, Z.Quliyeva Fransa səfirliyinin protokol xidmətində 1992-ci ildən işləməyə başlayıb. Onun Azərbaycan və Fransa arasında bir sıra sahələrdə, əlaqələrin inkişafında mühüm rolu olub.
Daha sonra Fransa XİN-in fəxri medalını təqdim edən A. Buşez qeyd edib ki, XVII əsrdə təsis olunan mükafat həm Fransa, həm də xarici ölkə vətəndaşlarına yüksək səviyyəli xidmətlərinə görə verilir.
Z.Quliyeva çıxışında səfirə və Fransanın xarici işlər nazirinə təşəkkür edib. Tədbirdə Z.Quliyevanın yazdığı şerlər Azərbaycan və fransız dillərində səsləndirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB