Hikmət Hacıyev: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurlu xarici siyasəti həyata keçirilir. Dövlətimizin uğurlu xarici siyasəti məhz uğurlu daxili siyasətimizin davamıdır. Ölkəmizin xarici siyasəti də daxili siyasətin davamı olaraq xalqımızın mənafeyinə və milli maraqlarına xidmət edir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
XİN sözçüsünün sözlərinə görə, ötən dövr ərzində də Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da güclənib və artıb: "Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycan beynəlxalq sülh və təhlükəsizlikdə mühüm töhfə verən dövlətdir. Ölkəmizin həyata keçirdiyi səylər nəticəsində beynəlxalq aləmdə sülhün və sabitliyin möhkəmlənməsi istiqamətində Azərbaycan Respublikası beynəlxalq sülh və təhlükəsizliyə mühüm töhfələr verən dövlətdir. Azərbaycanda həyata keçirilən mötəbər tədbirlər bunun bariz nümunəsidir".
H.Hacıyev əlavə edib ki, Azərbaycan Prezidenti tərəfindən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkəmizin mövqeyi qəti və birmənalı şəkildə dəfələrlə ifadə olunub: "Bu, birmənalı olaraq bütün beynəlxalq ictimaiyyətə də çatdırılıb. Yəni ölkə rəhbəri qeyd etdiyi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır və Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaradıla bilməz. Danışıqlar prosesində də Azərbaycanın mövqeyi bundan ibarətdir. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq danışıqlar prosesində Azərbaycan ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün iştirak edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB