Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Əroğan və Vladimir Putin arasında telefon danışığı olub. SİA "cnnturk"ə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələri və Suriya məsələsini müzakirə ediblər. Suriyadakı atəşkəsin bütün ölkəni əhatə etməsinin vacibliyinə toxunan Putin və Ərdoğan, problemin siyasi həlli üzrə nəzərdə tutulan Astana görüşü barədə də fakir mübadiləsi aparıblar. Liderlər iki ölkə arasındakı əlaqələrin normallaşmasında qətiyyətli olduqlarını bir daha vurğulayıblar. Telefon danışığı zamanı mart ayında Rusiyada keçirilməsi planlaşdırılan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıq da diqqətdə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB