Ombudsman Aparatının kollektivi Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər
Azərbaycan Ombudsman Aparatının kollektivi dekabrın 28-də Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
SİA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən Ombudsman Aparatının kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edənlər arasında Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB