Malena Mard: "Bakı Platformasının erməni üzvünün həbsi bizi çox narahat edir" MÖVQE

"Aİ Azərbaycan ilə Ermənistanın vətəndaş cəmiyyətləri arasında əlaqələrin qurulmasına dəstək verir"
Malena Mard: "Bakı Platformasının erməni üzvünün həbsi bizi çox narahat edir" MÖVQE

"Azərbaycan siyasi ekspertləri və hüquq müdafiəçiləri tərəfindən yaradılan Ermənistan-Azərbaycan sülh platforması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müxtəlif qruplar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir".

SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib ki, Aİ Azərbaycan ilə Ermənistanın vətəndaş cəmiyyətləri və müxtəlif insan qrupları arasında əlaqələrin qurulmasına dəstək verir: "Bizim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Avropa tərəfdaşlığımız var və bu bizə imkan verir ki, Azərbaycan ilə Ermənistan arasında bu cür əlaqələrin qurulmasına dəstək verək. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müxtəlif qruplar arasında dialoqun inkişaf etdirilməsi üçün Azərbaycanın da Bakı platforması kimi müxtəlif formatlar yaratması vacib əhəmiyyət kəsb edir".

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Platformasının Dağlıq Qarabağda ərazisində yaşayan erməni üzvünün Ermənistanda həbs olunmasına münasibət bildirərkən qeyd edib ki, bu hadisə onu çox narahat edir: "Bu məlumatı mən KİV-dən aldım. Bu onu göstərir ki, Bakı Platforması haqda yazmaq və ümumiyyətlə, bunun ətrafında baş verənləri işıqlandırmaq KİV-in marağındadır".trend.az

Bütün xəbərlər Facebook səhifəmizdə