"Türkiyə nə zaman müstəqil siyasət yürütməyə başlayırsa, bölgədə NATO, Avropa İttifaqı, ABŞ-la fərqli maraq dairəsində öz siyasətini həyata keçirməyə çalışırsa, ya İŞİD-ın, ya da PKK-nın terror hücumları ilə qarşı-qarşıya qalır". Bunu SİA-ya açıqlamasında Ankaradakı İldırım Bəyazit Universitetinin professoru, politoloq Salih Yılmaz İstanbuldakı son terror hadisəsindən danışarkən deyib.
O bildirib ki, "Firat qalxanı" əməliyyatı daxil olmaqla, son dövrdə baş verən hadisələr Türkiyənin ABŞ və Qərblə əlaqələrində daha çox müstəqil siyasət apardığını göstərdi. Politoloq hesab edir ki, PYD-YPG-ni kim dəstəkləyirsə, PKK-nın Türkiyədəki əməliyyatlarına məsuliyyəti də onlar daşıyır. Politoloq İŞİD və PKK-nın əməkdaşlıq etməsinə diqqət çəkib.
Onun sözlərinə görə, "Firat qalxanı" əməliyyatından sonra İŞİD-in terror hərəkətlərini PKK-ya təhvil vermiş olduğunu demək mümkündür.
S.Yılmaza görə, 15 iyul FETO-nun çevriliş cəhdi əslində Türkiyənin təhlükəsizliyi üçün bir zəiflik yaratdı: "Təhlükəsizlik xidmətində, orduda, digər kəşfiyyat təşkilatlarında FETO işçilərinin dövlətin məlumatını, bu terror təşkilatları ilə paylaşdıqlarına dair əhəmiyyətli məlumatlar var. Eyni zamanda dövlətin arxivlərini də bunlar apardılar. "Terror" anlayışının dəyişməsi ilə birlikdə Türkiyədə ictimai media idarəçiliyi ilə bağlı da əhəmiyyətli bir zəiflik var. Terror təşkilatları artıq ictimai mediadan çox sürətli istifadə edir. Türkiyə hələ də Twitter, Google və Facebook-u məlumat mübadiləsi vasitəsinə çevrə bilmir, ya da buradan qurulan ünsiyyətə nəzarət edilə bilmir. Bu baxımdan S.Yılmaz terror təşkilatlarının Türkiyədə birliyi, bərabərliyi sarsıdıb, dövlətə və hökumətə qarşı bir üsyan təşviq etməyə çalışdıqlarını vurğulayaraq, bir az daha diqqətli, planlı mübarizə aparmağın lazım olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB