Millət vəkili: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” AÇIQLAMA

Millət vəkili: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” AÇIQLAMA

"İsrailin Baş naziri Benjamin Netenyahunun Bakıya səfərinin pərdəarxası məqamları yoxdur. Çünki, Azərbaycan müstəqil ölkədir və heç kəsdən çəkiləcək yeri yoxdur ki, gizli müzakirələr aparsın". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, İsrail Azərbaycanla dostluq əlaqələri olan ölkədir və iki ölkə arasında geniş siyasi-iqtisadi əlaqələr mövcuddur: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Həm də Azərbaycan neftinin ən böyük alıcılarındandır. Azərbaycan isə İsraildən ən müasir silahlar alır və bu silahlar ərazilərimizin işğaldan azad edilməsində, ölkə sərhədlərinin qorunmasında çox böyük rol oynayacaq. İsrailin istehsal etdiyi Dronlar aprelin əvvəlində təmas xətində baş verən münaqişə zamanı özünü doğrultmuşdur. Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olması hər iki ölkənin daxili işi olmaqla yanaşı ölkələrimizin inkişafına və təhlükəsizliyin təmin olunmasında böyük rola malik olacaq".

O əlavə edib ki, Azərbaycan İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil: "Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub, bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyəti inteqrasiya edib, orduda, parlamentdə təmsil olunurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə