Ağsaqqallar Şurası Ulu Öndərin xatirəsini yad edib FOTOLAR - SƏS TV
Azərbaycan Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Şura üzvləri tədbirdən öncə Fəxri Xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Onlar həmçinin oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını yad ediblər.
Tədbirdə ilk çıxış edən Şuranın sədri Fəttah Heydərov bildirib ki, müasir Azərbaycan dövlətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bütün Azərbaycan onun yoxluğuna heyfsilənir. Azərbaycan xalqı hər zaman Ulu Öndərlə, Ulu Öndər də hər zaman xalqımızladır. Çünki, Ümummilli Lider həyatını, fikrini əməlini bu torpağa həsr edib. Hər kəs çox yaxşı bilir ki, Ulu Öndər Azərbaycan üçün nələr edib. Azərbaycan Ulu Öndərin sayəsində dünya ölkələri arasında tanınmağa başladı.
Şura sədri qeyd edib ki, Heydər Əliyev XX əsrin ən işıqlı insanlardan biri idi. Onun yaratdığı şah əsər – Azərbaycan dünyanın hər yerində tanınır. Heydər Əliyev nümunəvi bir dövlət yaradıb. Heydər Əliyevin yolu, onun ideyaları Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Anım tədbirində digər çıxış edənlər Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, Ona Allahdan rəhmət diləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB