İclas başladı gündəlikdə 5 məsələ var

İclas başladı gündəlikdə 5 məsələ var

Milli Məclisin plenar iclası öz işinə başladı. SİA-nın xəbərinə görə, bugünkü iclasda 5 məsələ- "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələri müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisdə müzakirələr 3 gündür davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə