Karasin Bakıda məsləhətləşmələr aparıb

Karasin Bakıda məsləhətləşmələr aparıb

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycana işgüzar səfər edib. SİA Rusiya XİN-ə istinadən xəbər verir ki, səfər zamanı Q.Karasin Azərbaycan Xarici İşlər Nazirliyində məsləhətləşmələr keçirib. Q.Karasin azərbaycanlı həmkarı Xələf Xələfovla danışıqlar aparıb. Bundan başqa o, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Danışıqlar zamanı ikitərəfli və beynəlxalq münasibətlərin aktual məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə