Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilir YENİLƏNİR
Bu gün Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilir. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Dövlət himninin oxunması ilə başlanıb.
Sonra Qurani-kərimdən ayələr oxunub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son dövrlərdə həyata keçirilmiş tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib.
QMİ sədri Şura üzvlərinə Prezident İlham Əliyevin Azərbaycanda elan etdiyi multikulturalizm ili çərçivəsində bir sıra Avropa ölkələrinə, o cümlədən İordaniya Haşimilər Krallığına Al əl-Beyt Akademiyasının həqiqi üzvü kimi etdiyi səfərlər barədə məlumat verib.
Daha sonra Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Prezidentin konfrans iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB