Erkan Özoral: "Ermənistanın haqsızlıqları münaqişənin həllinə mane olur" MÖVQE
"Bu gün Azərbaycanın sağalmaz yarası olan Dağlıq Qarabağ münaqişəsi regionun ən ağrılı problemdir. Ermənistan tərəfindən problemin həllinə dair haqsızlıqların artması problemin həllinə mane olur". SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələri son 25" ildə mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Səfirin sözlərinə görə, münaqişə tezliklə sülh yolu ilə həllini tapmalıdır.
Türkiyənin 2016-cı ildə xainlərlə üzləşdiyini vurğulayan E. Ozaral qeyd edib ki, iyunun 15-də Türkiyəni xainlərə təslim etməyə çalışdılar: "Dövlət çevrilişi cəhdi ölkəmizə xəyanət idi. Bu cəhddən sonra türkdilli ölkələr, xüsusilə də Azərbaycan Prezidenti ölkəmizə dəstək göstərdi. Biz bu dəstəklərə görə sizə minnətdarıq. Türkiyə bu yardımları unutmur və hər zaman sizləri dəstəkləməkdə davam edir".
Səfir qeyd edib ki, bu gün türk dünyasının ən böyük bayrağı Bakıda Bayraq Meydanında dalğalanır: "Bu bayraq tək Azərbaycanın deyil, eləcə də türk dövlətlərinin müstəqillik simvoludur. Bayrağı endirəmyə çalışanlar qarşısında bizi görəcək və buna heç kimin gücü çatmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB