Putin və Quterreş sabah Moskvada görüşəcək

Putin və Quterreş sabah Moskvada görüşəcək

Rusiya prezidenti Vladimir Putin noyabrın 24-də Moskvada BMT-nin yeni seçilmiş Baş katibi Antonio Quterreşlə görüşəcək. SİA-nın məlumatına görə, bu barədə Kremlin rəsmi saytı xəbər yayıb. Məlumata görə, tərəflər BMT-nin beynəlxalq məsələlərdə rolunun gücləndirilməsi, təşkilatın işinin effektinin artırılması, həmçinin terrorla mübarizə, Suriya və Ukrayna böhranını müzakirə edəcəklər.

Xatırladaq ki, Quterreş gələn ilin yanvarından Baş katib vəzifəsinin icrasına başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə