“Kərimli kimi ünsürlərin yeri azadlıq deyil, həbsxanadır” MÜSAHİBƏ
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, Müxalif partiya sədrləri hər fürsətdə müxalifətin siyasi proseslərdən kənarda qalmasında bir-birini günahlandırmağa çalışırlar. Məntiqi əsas varmı?
- Xeyr. Bu iddiada heç bir məntiq-filan yoxdur. Müxalifətin siyasi proseslərdən kənarda qalmasının əsas səbəbi həmin düşərgədəki ümumi başdansovduluq, rabitəsizlk, savadsızlıq və inamsızlıqdır. Sadəcə bir-birini ittiham edirlər ki, təsəlli tapsınlar. Vəssalam. Hərgah, bütün hallarda beşi birinə dəyməz. Bu faktdır. Ayrıca, çox maraqlıdır: müxalifət nə təxmin edirdi, nə hesablayırdı? Düşünürdü ki, "feysbuk müxalifətçiliyi" ilə bundan daha irəli gedəcək? Evdən bayıra çıxmadan, xalqın yanında olmadan, beş ildə bir görüş keçirmədən, Azərbaycandan savayı bütün dövlətlərin bayrağını əllərində tutaraq məqsədlərinə yetəcəklər? Radikal qanadı təmil edən qüvvələrin hamısı bədbəxtdir. Bədbəxt və komleksli. Bekarçılıqdan artıq bilmirlər nə danışsınlar. Son çarə də bir-birini ittiham eləməkdir.
- Başlıca günahkarların Əli Kərimli və İsa Qəmbərin olduğunu demək olarmı?
- Əli Kərimli və İsa Qəmbər Azərbaycan müxalifətçiliyini daima monopoliyada saxlamağa cəhd edən insanlardır və təbii, müxalif kəsimin bu vəziyyətə gəlməsində, bu kökə qalmasında onların yetərincə rolu var. Amma məsələ burasındadır ki, bunların elektoratı da "lider"lərinə layiq elektoratdı. Qaraguruh gədələrin Ə. Kərimli kimi də böyüyü olmalıdır da. Başqa nə gözləmək olar? Ə.Kərimli, İ.Qəmbər ağıllı, kitab oxumuş, kübar, intellektual, ziyalı birisini arxasınca necə apara bilər? Mümkündü bu? Yox, əlbət. Onlar ancaq həyatın dibində olan adamları öz ətraflarında toplaya bilərlər. Elə toplayıblar da. Həmin adamların isə işi ancaq "facebook"da saxta profillərlə kimisə söymək, vandalizm nümunələri göstərmək və bir də uğursuz "lider"lərini boş-boş, arqumentsiz üsullarla təbliğ etməkdən ibarətdir. Elə ona görə də 23 ildir müxalifətdə qalıblar, tarixin, siyasi meydanın dalanlarında çabalayırlar.
- Sizcə, nəyə görə İsa Qəmbər və Əli Kərimli bir-birinə qarşı düşmən mövqeyi tuturlar?
- Onların düşmənçiliyi bu günün mövzusu deyil, çox dərin köklərə dayanan düşmənçilikdir. Əvvəla, ƏşKərimlinin özü qədər eqaist, paxıl, iki üzlü siyasətçi yoxdur. Bu adam şəxsi mənfəətinə görə hər şeyini, bütün mənəvi dəyərləri satar. İ. Qəmbər isə Elçibəyin vəfatından sonra Ə.Kərimlinin rəhbərlik elədiyi qanadı deyil, Mirmahmud Mirəlioğlunun "klassiklər" qanadını tanıyıb və beləcə Ə.Kərimlini bir vaxtlar siyasi meydanda seyt-not vəziyyətinə salıb. Kərimli isə həm də dəvə kininə sahib olan biridir. Odur ki, bu məqamı əsla unutmaz və əlinə düşən hər fürsətdə Qəmbəri "vurur". Yəni, bu adamların dost olması mümkünsüz bir işdir. Düzdür, arada qrant söhbəti ya da hansısa xarici dövlət səfirliyindən təlimat olanda yalandan "həmrəylik" görüntüsü yaradırlar. Amma çifayda. Nə cəmiyyət, nə də ətraflarında olanlar bu riyakarlığı "yemir".
- Pərakəndə halda olan müxalifət partiyalarını xarici qüvvələrin birləşdirməsi nə dərəcədə mümükündür?
- Məsələ burasındadır ki, Azərbaycan müxalifətinin kəramətinə xarici qüvvələr də bələddir. Bunları birləşdirmək mümkün olsaydı çoxdan birləşdirərdilər. Demək ki, bacarmayıblar. Amma həmin o haqqında danışdığınız bəzi xarici qüvvələrə daimi yedək hər zaman lazımdır. Ən azından bəlli məqamlarda ürək bulandırmaq üçün. Ona görə də müxtəlif etaplarda sırf öz maraqları üçün bunlara 5-10 manat verib istifadə edirlər. Amma paralel olaraq çox gözəl də bilirlər ki, nə Kərimlidən nə də Qəmbərdən lider düzəltmək mümkün deyil. Yəni, bu faktla, bu reallıqla nəinki müxalif kəsim hətta xarici qüvvələr də barışıblar. Kərimli Azərbaycanın "FETO"sudur. Ə. Kərimli gözünü qırpmadan bütün dəyərləri, milləti, dövləti, vətəndaşı satar. Yetər ki, öz maraqları təmin olunsun. Kərimli kimi ünsürlərin yeri azadlıq deyil, həbsxanadır. Düzdür, Azərbaycan iqtidarı yetərincə humanistdir, siyasi rəqibə qarşı maksimum səbrlə davranmağı bacarır. Amma məsələ burasındadır ki, Kərimli kimi ünsürü heç bir humanizm islah edə bilməz. Bu adam törətdiyi bütün cinayətlərinə görə cavab verməlidir və verəcək də!
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB