"Ermənistan ərazisində Rusiyanın "İsgəndər" raket komplekslərinin yerləşdirilməsi regionda sabitliyin qorunmasına yönəlmiş zəruri tədbir idi". SİA-nın məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib.
O bildirib ki, "İsgəndər" raketlərinin yerləşdirilməsi regionda hərbi vəziyyəti balanslaşdırmaq üçün vacib addım idi: "Sirr deyil ki, Azərbaycan son bir neçə il ərzində müntəzəm olaraq yeni silahlar alır. Biz Azərbaycan kimi belə imkanlara sahib deyilik, söhbət maliyyə resurslarından gedir. Lakin hər zaman vəziyyəti balanslaşdırmağa çalışırıq. Hesab edirəm ki, hazırkı vəziyyətdə "İsgəndər" belə bir gücə malikdir".
O, Rusiya ilə Ermənistan arasında regionda qüvvələr balansının saxlanılması haqqında saziş olduğunu xatırladıb: "Düşünürəm ki, Rusiya bundan çıxış edərək bizə belə gözəl hərbi əməkdaşlıq sistemi təqdim edib. Əlbəttə, çox yaxşı olardı ki, belə sistem olmasın, amma ehtiyac yaranada, buna gedirsən".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB