Sarkisyan Bakı ilə İrəvan arasında "qaynar xətt"in yaradılmasını istəyir
Ermənistan prezidenti Serj Sarkisyan Bakı ilə İrəvan arasında "qaynar xətt" yaradılmasını təklif edib. SİA-nın məlumatına görə, bu barədə Sarkiyan RİA Novosti agentliyinə müsahibəsində bildirib. O deyib ki, cəbhədəki hadisələrə operativ reaksiya vermək üçün belə bir xəttin yaradılması zəruridir: "Tutaq ki, təmas xəttində kimsə vurulub, mən dəstəyi ələ alıb Azərbaycan Prezidentinə zəng edirəm, məlumat verirəm, o da vəziyyəti araşdırır. Mən əlaqənin yaradılmasının tərəfdarıyam".
Sarkisyan 90-cı ilin əvvəlində Ermənistanın müdafiə naziri olduğu zaman belə bir təcrübəsinin mövcud olduğunu deyib: "O zaman mən təcili lazım olanda Azərbaycanın müdafiə naziri ilə əlaqə qururdum. Lakin indi belə bir əlaqə mövcud deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB