Astara gömrüyündə nisbi sıxlıq müşahidə olunub

Astara gömrüyündə nisbi sıxlıq müşahidə olunub

Ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində noyabrın 13-də nisbi sıxlıq müşahidə olunub. DGK-dan SİA-ya verilən məlumata görə, sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.

Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə