ATƏT ABŞ-dakı seçkiləri tənqid edib

ATƏT ABŞ-dakı seçkiləri tənqid edib

ATƏT ABŞ-da keçirilən seçkiləri tənqid edib. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının ilkin açıqlamasında milyonlarla insanın seçkilərdə səs verə bilmədiyi vurğulanır. Qeyd edilib ki, səsvermə hüququ olan 35 milyon insan seçkidə iştirak üçün qeydiyyata alınmayıb: "Bundan əlavə, beynəlxalq müşahidəçilərə bütün ştatlarda prezident seçkilərini izləməyə imkan verilməyib. Ştatların çoxunda seçkilərin müşahidəsi tam şəkildə tənzimlənməyib, prezident seçkilərinə əcnəbi müşahidəçilərin buraxılması məsələsinə dair qərarları ştatın və yaxud dairənin rəsmiləri verir. ABŞ-ın öhdəliklərinə zidd olaraq erkən səsvermə zamanı və noyabrın 8-də beynəlxalq müşahidəçilərə bütün ştatlarda seçki prosesini izləməyə imkan verilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə