Ərdoğan Belarusa rəsmi səfər edəcək

Ərdoğan Belarusa rəsmi səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Belarusa rəsmi səfər edəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın prezident Aleksandr Lukaşenko ilə keçirəcəyi görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri, regional proseslər, həmçinin əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Ərdoğan Belarus-Türkiyə biznes forumunda çıxış edəcək, Minskdə məscidin açılışına qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə