"Monqolustan Avrasiya İqtisadi İttifaqına qoşulmağın mümkünlüyünə baxır". SİA-nın məlumatına görə, bu barədə Monqolustanın Rusiyadakı səfiri Banzraqç Delqermaa "Rossiya 24" telekanalına açıqlamasında deyib.
"Hazırda dünyada regional bloklara qoşulma prosesi gedir. Monqolustan Rusiya və Çin kimi böyük dövlətlərin ortasında yerləşir, o cümlədən dənizə çıxışı yoxdur. Bu səbəbdən, biz, əlbəttə hər hansı bir bloka daxil olaraq, effektli iş aparmaq marağındayıq. Məhz bu planda Avrasiya İqtisadi İttifaqı bizdə böyük maraq və təsəvvürlər yaradır", - deyə səfir bildirib.
Qeyd edək ki, adıçəkilən ittifaq Rusiyanın vahid iqtisadi məkanı və Gömrük ittifaqı bazasında yaranıb və bu quruma Rusiya, Belorus, Qazağıstan, Qırğızıstan və Ermənistan daxil olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB