WikiLeaks informatoru ikinci dəfə intihara cəhd etdi

WikiLeaks informatoru ikinci dəfə intihara cəhd etdi

WikiLeaks-ın hazırda ABŞ-da həbsdə olan informatoru Bredli Meninq son bir neçə ayda ikinci dəfə intihara cəhd edib. SİA xəbər veirr ki, bu barədə Reuters yazır.

ABŞ-ın insan haqlarının müdafiə təşkilatları arasında ən nüfuzlu qurum kimi tanınan Amerika vətəndaş azadlığının müdafiəsi ittifaqının (ACLU) vəkillərindən Çeyz Strencio qeyd edib ki, WikiLeaks informatorunun intihara cəhdi oktyabrın 4-də qeydə alınıb. Bu cəhddən sonra məhbus təkadamlıq kameraya salınıb. Lakin buna baxmayaraq, Strencio insidentin baş vermə səbəbləri barədə məlumatsız olduğunu desə də, qeyd edib ki, Menniq hələ də həmin kamerda saxlanılmaqdadır.

İnformator ilk dəfə bu ilin iyulunda həyatına son qoymağa cəhd etmişdi. Belə ki, o bu cəhdini ona tibbi yardım göstərilməsi tələbinin yerinə yetirilməməsi ilə izah etmilşdi.

Vəkil ABŞ hökumətini kəskin şəkildə tənqid edərək deyib ki, Menniq ağır depressiyadan əziyyət çəkir və onda gender özünüidentifikasiyası prosesi gedir. Çeyz Strencionun sözlərinə görə, Menniq daha öncə yaşamaq mücadiləsi mapardığına görə həbsxana rəhbərliyi tərəfindən cəzalandırılırdı, indi də ölmək istəyinə görə cəzalandırılır.

Xatırladaq ki, Menniq quru qoşunlarının birinci dərəcəli sıravisi olub. O, 2010-cu ildə ABŞ-ın Küveytdəki hərbi bazasında həbs olunub. 2013-cü ildə isə 35 illik həbs cəzasına məruz qoyulub. O, casusluqda və dövlət mülkünü oğurlamaqda ittiham edilir. Belə ki, informator WikiLeaks-a 700 mindən çox hərbi və diplomatik sənədləri, o cümlədən ABŞ silahlı qüvvələrinin 2009-2010-cu illərdə İraqda keçirdiyi hərbi əməliyyatlarını əks etdirən videofayllarə adıçəkilən informasiya qurumuna təqdim edib.

Məhz həmin ərəfədə sözügedən hadisə ABŞ tarixində ən böyük informasiya sızıntısı kimi qeydə alınıb. Daha sonra bu "rekord" Edvard Snouden tərəfindən qırılıb. O, ABŞ-ln Milli Təhlükəsizlik Agentliyinin 1,7 milyondan çox məxfi materiallarını oğurlamağa müvəffəq olmuşdu.

Menninq öz həbsindən sonra ictimai rəyin diqqətinə üzərində cəmləşdirməkdən ötrü bəyan etmişdi ki, Vaşinqton xarici siyasətində ədalətli mövqeyə sahib deyil və ölkə siyasətinin tərkib hissəsi yalanlardan ibarətdir. O, ABŞ ordusunun günahı səbəbindən İraqda mülki vətəndaşların öldüyünü də qeyd etmişdi.

2013-cü ildə isə Menniq cinsini dəyişmək qərarına gəldiyi barədə bəyanat vermişdi. Hətta Bredli öz adının dəyişdirilərək Çelsi olacağını da qeyd etmişdi.

Ötən ilin fevralında ABŞ-ın Fort-Livenurot hərbi həbsxanasının rəisi polkovnik Erika Nelson məhbusun öz cinsini dəyişməsi üçün hormonal terapiya keçməsinə şəxsən icazə vermişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə