Cəmil Həsənli özünü və Əli Kərimlini YANDIRDI+AÇIQLAMA

““Siyasi məhbus” siyahısı hazırlamamışıq”
Cəmil Həsənli özünü və Əli Kərimlini YANDIRDI+AÇIQLAMA

"Biz "Milli Şura" olaraq demək istəyirik ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası "siyasi məhbus" siyahısı hazırlamayıb və bu işdə iştirak etməyib". Sözügedən fikirləri SİA-ya "Milli Şura"nın sədri Cəmil Həsənli son günlər müxalifət düşərgəsində hüquq müdafiəçiləri və QHT-lər tərəfindən hazırlanmış "siyasi məhbus" siyahısı ilə bağlı yaşanan ziddiyyətli məqamları şərh edərkən deyib.

"Siyahıları insan hüquqları ilə məşğul olan hüquq müdafiə təşkilatları, QHT-lər hazırlayır"-deyə qeyd edən Cəmil Həsənli AXCP sədri Əli Kərimlinin bu prosesdə iştirak etmədiyini deyərək, faktiki şəkildə yalan danışıb və bildirib ki, özləri tərəfindən heç bir siyahı hazırlanmayıb və bu istiqamətdə təşəbbüs göstərilməyib. Cəəmil Həsənli konkret olaraq bu işlə məşğul olan işçi qruplarının olduğunu deyərək, ona verilən sualdan yayınıb və son günlər mətbuatın bu ətrafda yazdığıqlarının reallığı əks etdirmədiyini deyib.

Lakin xatırladaq ki, oktyabrın 17-də "Azadlıq" radiosunun sabiq əməkdaşı Xədicə İsmayılın başçılıq etdiyi dəstənin hazırladığı siyahı ilə AXCP sədri Əli Kərimlinin dəstək göstərdiyi siyahı üst-üstə düşməyib və tərəflər arasında hazırda da ciddi narazılıq və ittihamlar bu gün də yaşanmaqda davam edir. Müxalifət mətbuatından sosial şəbəkələrə qədər gedib-çıxan ittihamlarda işçi qrupları"nın siyahıları üstündə qalmaqallar isə "Milli Şura" sədrinin doğru məlumat vermədiyini təsdiqləyir. Belə ki, oktyabrın 17-dən sonra - ayın 18-də Leyla Yunus, Oktay Gülalıyev və Elşən Həsənov tərəfindən hazırlandığı iddia olunan yeni "siyasi məhbus" siyahısı açıqlandı ki, bu da vəziiyyətin daha da gərginləşməsinə səbəb oldu. Bu məsələdə bəziləri neytral qalmağa çalışsa da, AXCP və "Milli şura" Leyla Yunusun siyahısına açıq dəstək verərək Xədicə İsmayılın siahısını dəstəkləmədi.

Bu baxımdan, Cəmil Həsənlinin sözügedən prosesdə AXCP sədri Əli Kərimli ilə özünün iştirak etməməsini deməsi onun yalanını ifşa etmiş olur. Daha dəqiq desək, 166 nəfərlik siyahının təqdimatında "Milli şura" rəhbərliyi iştirak edib və Xədicə İsmayılın ünvanına etirazlar, ittihamlar səsləndirilib. Cəmil Həsənli bu siyahının natamam olduğunu əsas gətirib.

AXCP sədri Əli Kərimli isə özünün faktiki olaraq idarə etdiyi "Azadlıq" qəzetində Leyla Yunusun siyahısının geniş təbliğatını aparsa da, ikincilərin "siyasi məhbus" siyahısı ilə bağlı xəbərlərin işıqlandırılmasına "veto qoyub". Bu da sosial şəbəkələrdə haqlı olaraq "Əli Kərimli Xədicə İsmayılın dəstəsinin "siyasi məhbus" siyahısını iqnor etdi" kimi dəyərləndirilir.

Xədicə İsmayıl başda olmaqla onun tərəfdarları isə qarşı tərəfi qeyri-peşəkarlıqda və ikitirəlik salmaqda günahlandırıblar. Bu ittihamların əsas hədəflərindən biri isə AXCP sədri Əli Kərimli və "Milli Şura"nın rəhbəri Cəmil Həsənli olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə