Humanitar dəhlizə 300 dollar tələbi “Ceyş əl-Fəth”

Humanitar dəhlizə 300 dollar tələbi “Ceyş əl-Fəth”

Hələbdə yerləşmiş terrorçular mülki vətəndaşların humanitar dəhlizlər vasitəsilə şəhəri tərk etmələri üçün qiymət qoyub. SİA xəbər verir bu barədə itar-tass agentliyi məlumat verib. Məlumata görə, "Ceyş əl-Fəth" terror qruplaşmasının "ali hərbi şurası" vərəqələr yayaraq orada qeyd ediblər ki, bir nəfərin humanitar dəhlizdən çıxması üçün 140 min Suriya lirəsi (300 ABŞ dolları-red.) ödəməlidir.

"Bizim rəhbərlik mülki vətəndaşların Suriya ordusu tərəfindən Hələbin mühasirəyə alınmasını, davamlı bombardmanlar nəticəsində əziyyət çəkdiklərini anlayır"-deyə mətndə bildirilir.

Terrorçular əldə ediləcək vəsaitləri digər terrorçulara maddi yardım kimi göndərəcəklərini bəyan ediblər: "Qardaşlarla apardığımız müzakirələrdən sonra biz 14-55 yaşlı şəhər sakinlərinə şəhəri tərk etməyə icazə verəcəyik. Lakin bir şərtlə ki, onlar Hələbdən çıxmaq üçün 150 min Suriya lirəsi ödəməlidirlər. Bu pullar cəbhələrdəki qardaşlarımıza yardım kimi göndəriləcək"

Şəhər sakinləri isə acınacaqlı vəziyyətdə olduqlarına görə, bu vəsaiti haradan əldə edəcəklərini bilmirlər. "Biz 150 mini haradan əldə edəcəyik? Əgər kimdəsə pul yoxdursa, o mütləq ölməlidir?! Biz buradan çıxmaq istəyirik, bizim bundan sonra yaşamaq üçün heç nəyimiz yoxdur..."-deyə yerli sakinlər bildirirlər.

Qeyd edək ki, mülki vətəndaşlar arasında ölüm hallarının aradan qaldırılması üçün Suriya və Rusiya hərbçiləri səkkiz humanitar dəhliz yaradıblar. Dəhlizlərin gecə və gündüz açıq olduğu bildirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə