Xristian siyasətçi, general Mişel Aun birpalatalı parlament respublikası olan Livanda keçirilmiş prezident seçkilərində qalib gəlib. SİA İtar-TASS agentliyinə istinadən xəbər verir ki, Azad vətənsevərlər hərəkatının rəhbəri Aun deputatların səs çoxluğunu qazanıb.
Qalibin müəyyənləşməsi üçün səsvermənin ikinci tutu keçirilib. Birinci turda general Aun səslərin üçdən ikisini - 127-dən 86-nı qazana bilməyib. Livanın ali dövlət postu 25 may 2014-cü ildən – yeni prezidentin adaşı olmuş Mişel Süleymanın Baabdakı prezident sarayını tərk etməsindən sonra boş qalıb. İki ildən artıqdır ki, livan qanunvericiləri ölkənin xristian və müsəlman partiyalarını təmin edəcək fiquru müəyyənləşdirməkdə razılığa gələ bilmirdilər. Belə ki, parlamentdəki səsvermələr ötən müddət ərzində kvorumun baş tutmaması nəticəsində 45 dəfə təxirə salınmışdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB