"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər edilib. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söyləyib ki, edilən dəyişiklik məhkəmə sistemini hakim adına layiq olamayanlardan qorumaq məqsədi daşıyır .
Qanunun 5-ci maddəsinə təklif olunan mətndə bildirilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələrinin bütün qərarları qabul olunduğu gündən bir aydan gec olmayaraq electron qaydada yayılır. Bu qərarlarla birlikdə aşağı instansiya məhkələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarlar da yayılmalıdır.
Bundan əlavə, qanununa edilən əlavə və dəyişikliyə görə, inzibati-iqtisadi, ağır cinayətlər, hərbi və apellyasiya məhkəmələrinin ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunacaq.
Layihə müzakirələrdən sonra qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB