Pakistanın Azərbaycandakı səfirliyində 27 oktyabr 1947-ci ildə Kəşmirin Hindistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Pakistanın müvəqqəti işlər vəkili Mubashar Əhməd Tahir bildirib ki, bu gün ölkəsində matəm günüdür. Diplomat əlavə edib ki, Kəşmir və Dağlıq Qarabağ münaqişələri bir-birinə bənzəyir: "Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycana dəstək olub. Azərbaycan bu münaqişədə haqlı tərəfdir".
Onun sözlərinə görə, Kəşmirdə vəziyyət günü-gündən pisləşir, Hindistan tərəfindən dinc əhaliyə qarşı güc tətbiq edilir: "Hətta qadağan edilmiş güllələrdən belə istifadə olunur. Həmin güllələr insanları kor edir. Beynəlxalq ictimaiyyət Hindistanın bu silahlardan istifadəsinə münasibət bildirməlidir. Kəşmir əhalisi münaqişənin BMT qətnamələri əsasında həllini istəyir. Buna görə də qarşı tərəf güc tətbiqinə başlayıb. İnsan haqlarının pozulmasına göz yumulmamalıdır. Beynəlxalq ictimaiyyəti bu kimi problemləri BMT qətnamələri əsasında həll etməlidir. BMT qətnamələrində göstərilib ki, Kəşmir münaqişəsi sülh yolu ilə həll olunmalıdır".
Müvəqqəti işlər vəkili vurğulayıb ki, Pakistan hər zaman Kəşmiri dəstəkləyib: "Pakistan bu münaqişənin sülh yolu ilə həll edilməsinə çalışır. Çünki münaqişədən çoxsaylı insan əziyyət çəkir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB