Donald Tramp seçki saxtakarlığı barədə “ÖLÜ CANLAR”+VİDEO

Donald Tramp seçki saxtakarlığı barədə “ÖLÜ CANLAR”+VİDEO

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp xəbərdarlıq edib ki, seçki nəticələrinin saxtalaşdırılması gözlənilir. Milyarder biznesmen inanır ki, Hillari Klintonun mümkün qələbəsi "ölü canlar" hesabına baş tutacaq. SİA xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalı ABŞ-dan postseçki dövrü ilə bağlı hazırladığı reportajında qeyd edib.

Bununla yanaşı, namizəd bu iddianı qəbul etməkdə tərəddüd edən partiyadaşlarını məsələyə ciddi yanaşmağa və seçki məntəqələrində diqqətli olmağa səsləyib.

Qeyd edək ki, Tramp və Klinton arasında baş verən ciddi qarşıdurmalar ABŞ-ın seçki mühiti ilə bağlı bir sıra neqativ hallarını üzə çıxarıb və namizədlər bir-birlərinə qarşı ən sərt şəkildə ittihamlar irəli sürməkdədirlər.

Reportaja bu linkdən baxa bilərsiniz:

http://www.vesti.ru/doc.html?id=2814455

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə