Arman Məlikyan: “Bir variantımız var – ərazilərin təslim edilməsi” ERMƏNİ BAXIŞI

Arman Məlikyan: “Bir variantımız var – ərazilərin təslim edilməsi” ERMƏNİ BAXIŞI

"Erməni tərəfi danışıqlar prosesində təşəbbüslər göstərməli və öz mövqelərini təmin etmək üçün yeni yanaşmalara getməlidir". SİA-nın məlumatına görə, bu fikirləri Ermənistanın 1-ci kanalına qondarma "dqr"in sabiq "daxili işlər naziri", fövqəladə və səlahiyyətli səfir Arman Məlikyan İrəvanda KTMT-nın sammitinin nəticələrini şərh edən müsahibəsində deyib.

Arman Məlikyan sammit çərçivəsində Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslərə də münasibətini bildirib. Erməni siyasətçinin sözlərinə görə, Madrid prinsiplərinin qüvvədə qalması və həmin istiqamətdə danışıqlar prosesinin aparılması onlar üçün məğlubiyyətə aparan yoldur: "Bizim könüllü şəkildə Madrid prinsiplərinin girovu kimi təmsil olunmağımız, münaqişənin həlli istiqamətində bir variantı ortaya qoyur - kapitulyasiya və ərazilərin qarşı tərəfə təslim edilməsi".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə